Cins: Galeopsis - Qaleopsis print

Avroasiyada yayılan 10 növü məlumdur. Azərbaycanda 1 növün (G.bifida) Böyük və Kiçik Qafqaz, Samur-Dəvəçi ovalığında meşə və kolluqlarda yayılması göstərilir. Birillik, yarpaqları oval-uzunsov, saplaqlı bitkidir. Çiçəkləri yarpaqların qoltuğunda dəstələrdə yerləşir. Tacı 2 dodaqlı, purpur yaxud ağımtıl, kasacıqdan uzundur. Fındıqca meyvəsi üçtillidir. Növləri buğumaraları və tükcüklərin əlamətləri ilə fərqləndirmək olar. Texniki əhəmiyyətli, vitaminli və balverən bitkilərdir.