Cins: Dracocephalum - İlanbaşı print

Avrasiya və Şimali Amerikada yayılan 70 növü məlumdur. Azərbaycanda Böyük və Kiçik Qafqaz, Naxçıvanda lokal areala malik 4 növü yayılıb. Onlara orta dağ qurşağından alp qurşağadək daşlı-qayalı yerlərdə, dağ çəmənlərində, qaya töküntüləri arasında rast gəlinir. Çoxillik otlardır, bəzən gövdəsi qaidəsində odunlaşır. Kasacığı boruşəkilli, 2 dodaqlı, sarımtıl, bənövşəyi rənglidir. Erkəkcikləri 4 saylı, meyvəsi fındıqcadır. Dekorativ bitki kimi faydalıdır.