Cins: Lycopus - Ləçəkotu print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Labiatae
- Cins: Lycopus
Şimal yarımkürəsində və Avstraliyada (1 növ) yayılan 11-14 növü məlumdur. Azərbaycanda məlum 2 növündən biri (L.exaltatus) Kür-Araz ovalığından, suvarma kanalları ətrafından 30-cu illərdə yığılıb. Digər növü daha geniş areala malik olub, respublikanın əksər rayonlarından məlumdur. Ona arandan orta dağ qurşağınadək meşə və kolluqlarda, rütubətli yerlərdə, çay sahili, həmçinin bağ və əkinlərdə rast gəlinir. Çoxillik otlardır. Yarpaqları uzunsov olub, kənarı dişciklidir. Çiçəkləri yarpağın qoltuğunda sıx dəstələrdə yerləşir. Kasacığı zəngşəkilli, tacı 4 paylı, ağ, purpur ləkəlidir. Erkəkciyi 4 ədəddir. Meyvəsi fındıqcadır. Boya (qara rəng), dərman əhəmiyyəti var.
- Növ: Lycopus europaus
- Növ: Lycopus exaltatus