Cins: Phlomoides - Odotuca print

Əsas arealı Asiyada (xüsusən Orta Asiya) yerləşir. Hal-hazırda Azərbaycanda cinsin 2 növünün yayılmasını qeyd etmək olar. Onlara əksər rayonlarda, arandan orta dağ qurşağınadək, quraq daşlı-çınqıllı yerlərdə, kserofil kolluqlarda və bağlarda rast gəlinir. Çoxillik otlardır. Ph.tuberosa növündə kök qalınlaşaraq kökyumrusu şəklini alıb. Tacı ağ yaxud çəhrayı rəngdə, meyvəsi tükcüklü fındıqcadır.