Cins: Glechoma - Yersarmaşığı print

Avrasiyanın mülayim iqlimli ölkələrində və Şimali Amerikada yayılan 5 növü var. Azərbaycanda – Böyük Qafqaz, Kür düzü və Bozqır yaylada, orta dağ qurşağınadək meşə və kolluqlarda, rütubətli çəmənlərdə, bağ və əkinlərdə 1 növü yayılıb. Sürünən gövdəli çoxillik ot bitkisidir. Yarpaqları iri, saplaqlı, çiçəkləri 2-4 (6) ədəd olmaqla yalançı dəstələr şəkilli çiçək qrupunda yerləşir. Çiçəkləri 2 dodaqlı, tacı mavi-bənövşəyi, erkəkciyi 4. Meyvəsi fındıqcadır. Bakterial infeksiya, klimaks, toksiki zob, qurd, xoş xassəli şiş xəstəliklərinin müalicəsində faydalıdır.