Tip: Myxozoa - Miksozoylar print

Bu tipə 1300-dən çox növ daxildir.  Nümayəndələri şirin və duzlu su hövzələrində yaşayır. Bütün miksozoylar parazit həyat sürür. Ölçüləri 10 - 20 mkm intürvalında dəyişir.

Onlar şirin su hövzələrində və dəniz sularında yaşayan balıqların orqanizmində parazitlik edir. Sahib qısmində şirinsu balıqları və azqıllı qurdlar olur. Bir növ (Buddenbrockia plumatella) şirin sularda yaşayan briozoylarda (Phylactolaemata) parazitlik edir. Əksər növlər əmtəə balıqlarında parazitlik edərək təsərrüfatlara ziyan vurur.

Tipə aid canlıların parazitik stadiyası plazmodiya formasında olub sahibin toxumalarında yerləşir, daxili və xarici tumurcuqlama formaları ilə qeyri-cinsi çoxalırlar. Sporlar mərhələsinə keçməzdən öncə plazmodilərdə daxili bölünmə hesabına hüceyrələr yaranır. Yaranmış hüceyrələr cüt-cüt birləşdikdən sonra bir hüceyrə digəri tərəfindən faqositoza məruz qalır. Xarici hüceyrə (perisit) deqradasiya edir. Daxili hüceyrə (sporogen) isə iki dəfə bölünərək valvoqen və kapsulogen hüceyrələrə və iki ədəd birnüvəli sporoblasta çevrilir. Valvogen hüceyrələr sporun divarlarını yaradır. Kapsulogen cütlərdən isə qütb kapsulları yaranır.

Azərbaycanın şirin və duzlu su hövzələrində bu tipə aid 100-dən çox növ təyin edilmişdir. Onlardan 69 növə Xəzər dənizində rast gəlinir (İbrahimov Ş., 2012).

                          

                                       Chloromyxum cristatum    

                                http://www.prf.jcu.cz/kpa/akce/myxozoa.html

 

                                                 

 

                                               Myxidium coryphaenoidium

                              http://www.prf.jcu.cz/kpa/akce/myxozoa.html