Növ: Origanum vulgare - Adi qaraqınıq print

Çoxillik, iri kökümsovlu ot bitkisidir. Yarpaqları ovalşəkilli olub, qarşı-qarşıya düzülür. Çiçəkləri süpürgə tipli çiçək qrupuna yığılır. Kasacığı seyrək tükcüklü, tacı açıq-çəhrayı və ya ağımtıl rənglidir. Efir yağlı, dərman, ədviyyat, balverən, bəzək və qida əhəmiyyətli bitkidir.