Növ: Rosmarinus officinalis - Dərman rozmarini print

Azərbaycanda bağ və parklarda dekorativ bitki kimi becərilir. Hündürlüyü 50-100 sm olan həmişəyaşıl  kol bitkisidir. Yarpağı xətvaridir. Çiçəkləri 5-20 ədəd olmaqla salxım çiçək qrupunda yerləşir. Kasacığı zəngşəkilli, tacı göy-bənövşəyi, 2 dodaqlı, erkəkciyi 2 ədəddir. Fındıqca meyvəsi qonur, üzəri hamardır. Qiymətli dərman və ədviyyat bitkisidir. Canlı çəpərlərin salınmasında geniş istifadə olunur.