Alt-tip: Tracheata - Traxeyatənəffüslülər print

Tracheata alt-tipində 1.12 mln. növ təsvir edilmişdir.

Qəlsəmətənəffüslülərin ən geniş yayılmış nümayəndəsi çay xərçəngidir. Heliserlilərdən ən çox rast gəlinənləri bövlər, əqrəblər, gənələr, traxeyatənəffüslülərdən isə bərabərqanadlılar, böcəklər, kəpənəklər, zar(pərdə)qanadlılar, taxtabitilər, ikiqanadlılar daxil olmaqla bütün həşəratları göstərmək olar. Təbiətdə buğumayaqlıların rolu böyükdür. Onlar demək olar ki, bütün ekosistemlərin mühüm komponentini təşkil edir. Belə hesab olunur ki, buğumayaqlılar Kembriyəqədərki mərhələdə, primitiv həlqəvi qurdlardan əmələ gəliblər.