Cins: Dryopteris - Ayıdöşəyi print

Polimorf və sistematik mövqeyi mübahisəli olan cinsdir. Müasir məlumatlara görə 270-300 növü var. Cinsin növləri dünyanın hər yerində geniş yayılsa da, əsasən,Cənub-Qərbi Çin və Şərqi Himalayda daha zəngindir. Qafqaz və Azərbaycan da cinsin əsas yayılma mərkəzlərindən hesab edilə bilər (xüsusən, növ müxtəlifliyi baxımından). Qafqazda 13, Azərbaycanda isə 9 növ yabanı və 6 təbii hibrid növü yayılmışdır. Sistematik əlamətləri yarpağın, seqmentlərin, induziumun, sorusların damarlar üzərində yerləşmə mövqeyidir. Bəzi hallarda yarpaq və saplağı örtən pulcuqların morfologiyası, sporun quruluşu və s. hesab edilir. Ayıdöşəyi növləri əsasən meşə bitkiləridir. Bir çox meşə əmələgətirici cinslərlə (fıstıq, palıd və b.) birlikdə formasiya və assosasiyalar əmələ gətirir.