Cins: Polystichum - Cərgəvər print

Mülayim və isti qurşaqda yayılan 200 növü var. Ən çox növ müxtəlifliyi Cənub-Şərqi Asiyada qeydə alınıb. Qafqaz və Azərbaycanda 6 növü var (hibrid mənşəli növlərdən başqa). Növlər bir-birindən yarpaq ayasının forması, konsistensiyası, tükcük və pərdəciklərlə örtülü olub-olmaması, seqmetlərin forması, damarlanma tipləri ilə fərqlənir. Lələkvari 1 bölümlü yarpaq ayasına 1 növdə (P.lonchitis) rast gəlinir. Yerdə qalan növlərdə yarpaq ayası 2-3 dəfə bölümlüdür. Ekoloji baxımdan da qeyd olunan bu növ subalp və alp qurşağa qədər qalxır, digər növlər əsasən meşə bitkiləridirlər. Dekorativ və dərman əhəmiyyətlidir.