Cins: Eryngium - Göytikan print

Şərqi Asiya və Cənubi Amerika müstəsna olmaqla dünyanın isti və mülayim iqlimli ölkələrində geniş yayılan 250-dən çox növü var. Azərbaycanda 6 növünə rast gəlinir. Onlardan Qafqaz göytikanı daha geniş, Billardi göytikanı və Çöl göytikanı növləri nisbətən geniş yayılmışdır. Digər iki növ nadir bitkilər sayılır. Onlardan Vanatur göytikanı Naxçıvandan (Kükü ətrafı) 2500 m dəniz səviyyəsindən hündürlükdə, otlu yamaclardan toplanılıb. İri göytikan isə Kəlbəcər ərazisindən məlumdur və sonuncu dəfə bizim tərəfimizdən 1987-ci ildə Kəlbəcərin şimali-qərbindən (Keçdağ sahəsi, quraq yamaclarda, kolluqlar arasında) toplanılıb. Gövdəsi tikanlı, yarpaqları dərivaridir. Çiçəkləri ikicinsli, başcığabənzər çiçəkqrupuna yığılmış iri, tikanlı sarğı yarpaqları ilə örtülən çoxillik göyümtrək otlardır. Növləri bir-birindən sarğı yarpaqlarının sayı və forması, yarpaq və gövdənin əlamətləri ilə seçilir.