Cins: Pastinaca - Xımı və ya havuc print

Avroasiya və Qafqazda yayılan 15 növündən Azərbaycanda 5 növü məlumdur. Xımı növlərinə orta dağ qurşağından alp qurşağınadək, meşə və kolluqlarda, çəmənlərdə, quraq yamaclarda rast gəlinir. İki və çoxillikdir. Yarpaqları 1-2 lələkvari, ləçəkləri sarı, meyvəsi enli-oval bitkilərdir. Qiymətli tərəvəz, ədviyyə, dərman (həzmi yaxşılaşdıran, sidikqovucu və s.) bitkisidir.