Cins: Grammosciadium - Qalxanək və ya karopodium print

Ön Asiya, İran və Qafqazda yayılan 11 növündən Azərbaycanda 2 növü rast gəlir. Hər iki növ Naxçıvan dağlıq ərazilərində, orta və yuxarı dağ qurşağında, quru, daşlı-qayalı yerlərdə, dağ çəmənliklərində yayılıb. Çoxillik, budaqlı gövdəli, çılpaq ot bitkiləridir. Yarpaq ayası nazik qılşəkilli hissələrə bölünür. Çiçəkləri ağ, meyvələri xətvari, yağ kanalları birərdir. Efir yağlı, ətriyyat və qənnadı işlərində faydalı bitkilərdir.