Cins: Scandix - Oxçətir print

Avroasiya, Aralıq dənizi və Qafqazda yayılan 15-20 növündən Azərbaycanda 6 növü var. Onlar respublikanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək, quraq yerlərdə, gilli-qumlu, daşlı sahələrdə, kolluqlarda, alaq bitkiləri arasında geniş yayılıb. Birillik otlardır. Yarpaqları 2-3 qat lələkvarı kəsilmiş, ləçəkləri ağdır. Meyvəsi xətvari uzunsov, buruncuqlu, qabırğacıqları 5, yağ kanalları tək-təkdir. Növləri əsasən meyvəsinin və sarğı yarpaqlarının əlamətləri ilə seçilir.