Cins: Oenanthe - Üzükotu print

Dünyada geniş yayılan 35 növündən Azərbaycanda 4 növü var. Lənkəran aranından 1950-ci ildə rus alimi B.Şişkin tərəfindən təsvir edilmiş uzunyarpaq üzükotu sonradan müstəqil növ kimi qəbul edilmədi. Əvvəllər respublikadan kənar Xəzərətrafı sularda məlum olan su üzükotu növü sonralar Azərbaycanın Xəzərətrafı, Abşeron və Lənkəran ərazilərindən də tapıldığı qeyd olunur (İbadullayeva, 2004). Cinsin növləri əsasən Lənkəran ovalığı və Abşerondan, bataqlıqlarda, suvarma kanalları boyunca rast gəlinir. Çoxillik, rütubətli (sucak) yer bitkiləridir. Ləçəkləri ağ və ya qırmızımtıl, meyvəsi ellipsşəkillidir. Növlərin təyini üçün yetkin meyvəli və çiçəkli nümunələri olmalıdır. Zəhərli bitkilərdir.