Cins: Pimpinella - Yalançı cirə print

Avroasiya və Qafqazda yayılan 150 növündən Azərbaycanda 17 növü rast gəlinir. Son tədqiqatlarla cinsin bəzi növlərinin taksonomiyası və yayılması dəqiqləşdirilib. Müasir Azərbaycan florasında cinsun 12 növü var. Bir, iki və əsasən çoxillik ot bitkiləridir. Yarpaqları lələkvari, 2-3 qat lələkvaridir. Ləçəkləri ağ, sarı, qırmzımtıl, meyvələri oval, şarşəkilli, çılpaq və ya tükcüklü bitkilərdir. Növləri bir-birindən yarpağın, sarğı yarpağının əlamətləri ilə fərqləndirilir. Qiymətli ədviyyat bitkisidir, efir yağlı, təbabətdə, ətriyyatda, kosmetikada, yeyinti və qənnadı məmulatlarının hazırlanmasında istifadə olunur.