Növ: Dorema glabrum print

Bu növ Naxçıvan ətrafından təsvir olunub və arealı da bu regionla məhdudlaşır. Ona orta dağ qurşağında Duzdağ, Dərəşam, Darıdağ, Yuxarı Yaycı, Qaraquş dağı ərazilərində rast gəlinir. Nadir bitki kimi Azərbaycanın “Qırmızı kitabı”na daxil edilib. Çoxillik, iri, çətirləri sadə, 8-12 çiçəklidir. Ləçəkləri ağımtıl-sarımtıl, kəskin xoşagəlməz iyə malik bitkidir.