Cins: Asphodeline - Asfodelina print

Aralıq dənizi, Krım və Qərbi Asiyada yayılan 15-16 növü əhatə edir. Azərbaycanda cinsin 2 növü var. Növlər bir-birindən gövdənin yarpaqlarla örtülü olub-olmaması, çiçək qruplarının budaqlanması və ya budaqlanmaması xüsusiyyətlərinə görə seçilir. Şovis asfodelinası Naxçıvanda quru gilli, çınqıllı yamaclarda rast gəlinir və endem bitkidir. Digər növ isə respublikada daha geniş yayılıb.