Alt tip: Mastigophora - Qamçılılar print

Bu orqanizmlər şirin və duzlu su hövzələrində yaşayır və bitki, heyvan, həmçinin insan orqanizmində parazitlik edir. Hazırda 8000-ə qədər növü məlumdur.

Qamçılılar oval, şarabənzər və ya uzunsov formada olur. Ölçüləri mikroskopikdir. Bədənləri ikiqat membranla örtülü olur. Sitoplazmada bir və ya bir neçə nüvə yerləşir (Opalinidlərdə 100 və daha çox). Bu orqanizmlər üçün maye mühitdə hərəkət etməyə imkan verən 1-8, bəzən daha çox (bir neçə min) qamçının olması səciyyəvidir. Hər qamçı bədənə birləşmiş fibrillərdən ibarətdir. Bu alttipə aid olan orqanizmlər arasında sərbəstyaşayanlara və parazitlik edənlərə rast gəlinir. Onlar üçün mürəkkəb inkişaf sikli xarakterikdir. Qamçılılar arasında ən çox yayılmış insan parazitləri yuxu xəstəliyi yaradan Tripanosomidlər (Trypanosoma brucei gambiense,T. rhodesiense), leyşmanioz yaradan leşmaniyalar (Leishmania tropica, L.donovani), trixomonoz yaradan trixomonadlar (Trichomonas vaginalis) və ləmblioz yaradan ləmblilərdir (Lamblia intestinalis).

Trypanosoma brucei gambiense

Azərbaycanda, əsasən, Phytomastigophorea, Zoomastigophorea siniflərinin nümayəndələri tapılmışdır. Bəzi yeni təsnifatlarda bu tip yoxdur.