Alt-tip: Acrania print

30 növlə təmsil olunmuşdur. Xarakterik nümayəndəsi dənizin qumlu, dayaz yerlərində, dibdə yaşayan neştərçədir (Branchiostoma lanceolatum). Uzunluğu 8 sm-ə qədərdir. Neştərçələrdə baş, beyin, çənə, ürək olmur. Əsas skeleti xorda təşkil edir, ayrıcinsiyyətlidir. Mayalanma suda baş verir. Neştərçələr filtrator orqanizmlərdir. Qida kirpikciklərin hərəkəti ilə ağız dəliyinə yönəldilir və onun vasitəsilə su axını ilə birlikdə sorulur. Neştərçələr fitoplankton, şaxəbığcıqlı xərçənglər, infuzorlar, diatom yosunlar, ibtidai xordalılar və onurğasızların sürfələri ilə qidalanır.

Azərbaycan faunasında bu canlılar qeyd edilməmişdir.