Cins: Cynara - Artişok və ya ənginar + print

Yabanı halda məlum deyildir. Vətəni Aralıq dənizi ətrafı ölkələrdir. Cənubi Avropada da 2 növü tərəvəz kimi becərilir. Azərbaycanda da bu növlər, xüsusən əkin atrişoku əkilib becərilir. Qiymətli tərəvəz, qida, yem, dərman, boya əhəmiyyətli və balverən bitkidir. Çoxillik, hündür, iri lələkvari yarpaqlı bitkidir. Səbət iri, çiçəkləri boruşəkilli, ikicinsli, tacı bənövşəyi yaxud tünd qırmızı rənglidir. Toxumcası oval, kəkili lələkvari tükcüklüdür. Bitkinin bütün hissələri qiymətlidir, vitamin, şəkər, karotin və başqa maddələrlə zəngindir.