Cins: Tanacetum - Dağtərxunu və ya birəotu print

Avrasiyada və Qafqazda yayılan 80-ə yaxın növü var. Cinsin növlərinə Azərbaycanda, əsasən, Kiçik Qafqaz və Naxçıvan regionlarında, aşağı dağ qurşağından alp qurşağınadək daşlı, qayalı quraq yamaclarda rast gəlinir. Çoxillik, lələkvari bölümlü yarpaqlı bitkilərdir. Dərman məqsədilə çiçəklərindən istifadə olunur. Çiçəklərinin və yarpaqlarının tərkibində efir yağı, flavonoidlər, üzvi turşular, aşı maddələri və alkoloidlər tapılmışdır. Çiçəkləri və yarpaqları toz və çay halında güclü bağırsaq pozğunluqlarında, xüsusilə, turşuluq aşağı olanda, mədə, qaraciyər, öd daşı xəstəliklərində, eləcə də həşəratların məhv edilməsində istifadə olunur. Bitkinin insektisid xüsusiyyəti, tərkibində olan piretrin maddəsi ilə əlaqədardır.