Cins: Aetheopappus - Etiopapus print

Kiçik Asiya və Qafqazda 5 növü yayılmışdır. Azərbaycanda 2 növə rast gəlinir. Onlar Böyük və Kiçik Qafqaz, həmçinin Naxçıvanda, subalp və alp qurşaqda, dağ çəmənlərində, qaya töküntüləri arasında, qayaların üzərində yayılmışdır. Çoxillik otlardır. Yarpaqları tam yaxud lələkvari bölümlüdür. Səbət tək-tək gövdənin ucunda yerləşir. Kənar çiçəklər qıfvari, steril, ortadakılar isə boruşəkilli, ikicinsli, tünd qırmızıdır. Örtük yarpaqları nazik, qəhvəyi, ağımtıl, toxumca kəkillidir.