Cins: Calycocorsus - Kalikokorsus print

Mərkəzi Avropa, İran, Aralıq dənizi ətrafı ölkələri və Qafqazda 2 növü yayılmışdır. Azərbaycanda Xəzərətrafı, Lənkəran, Böyük Qafqaz və Samur dəvəçi ovalığı rayonlarında, aran və aşağı dağ qurşağında, meşə və kolluqlarda, bəzən bağlarda 1 növü yayılıb. Çoxillik, göyümtrək, alçaq boylu bitkidir. Kökümsovu nazik, uzun, sürünən, kökyumruludur. Yarpaqları kök ətrafında yelpikvari bölümlü, səbət çoxçiçəkli, tək-tək gövdənin ucunda yerləşir. Sarğı yarpaqları 2 sırada düzülür, çiçəkləri dilcikşəkilli, sarı, toxumcası pulcuqlu, buruncuqlu, ağ kəkillidir.