Cins: Carpesium - Karpezium print

Avrasiya və Qafqazda mülayim iqlimli ölkələrdə yayılan 10-a yaxın növü var. Azərbaycanda 2 növə rast gəlinir. Ona Böyük Qafqaz və Lənkəran regionlarında, aşağı və orta dağ qurşağı meşələrində, meşənin kölgəli yerlərində təsadüf olunur.Çoxillik, qısa tükcüklərlə örtülü bitkilərdir. Yarpaqları uzunsov-lansetşəkillidir. Səbət ovalvari olub, gövdə boyu yarpaqların qoltuğunda yerləşir. Bütün çiçəkləri boruşəkilli, sarı, kənarda yerləşənlər nazik boruvari dişicikli, ortadakıları ikicinslidir. Toxumca kəkilsizdir (uçağansızdır).