Cins: Picris - Kəkrəvari print

Avrasiyada və Qafqazda yayılan 40-a yaxın növü var. Onlardan Azərbaycanda əksər rayonlarda arandan subalp qurşağınadək quraq gilli, daşlı yamaclarda, subalp çəmənlərdə 5 növü yayılmışdır. İki və çoxillik otlardır. Səbət çoxçiçəkli, sarğı yarpaqları 1-2 sırada düzülən eyni ölçülü, ləçəkləri dilcikşəkilli, sarı, Toxumcası uzunsov, kəkili ağ rənglidir.