Cins: Conyza - Koniza print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Compositae
- Cins: Conyza
Avrasiya və Şimali Amerikada yayılan bir neçə növü var. Azərbaycanda 3 növə rast gəlinir. Bir və ya ikiillik otlardır. Yarpaqları xətvari-lansetşəkillidir. Səbət çiçək qrupu çoxçiçəkli, xırda olub, mürəkkəb süpürgə tipli çiçək qrupuna yığılmışdır. Səbətdə kənar çiçəkləri dilcikşəkilli, ağımtıl-çəhrayı rənglidir. Toxumcası çılpaq, kəkili təşkil edən tükcüklər isə qəhvəyi rəngli olub, toxumcadan 2-3 dəfə uzundur. Aşılayıcı, texniki və vitaminli bitkilərdir.
- Növ: Conyza albida
- Növ: Conyza bonariensis
- Növ: Conyza canadensis - Kanada konizası