Cins: Scilla - Zümrüdçiçəyi print

Avroasiya və Aralıq dənizi ölkələrində yayılan 50-yə yaxın növü vardır. Azərbaycanda 5 növü vardır. Orta dağ qurşağına qədər meşələrdə, kolluqlarda, otlu, bəzən quru yamaclarda yayılmışdır. Soğanaqlı çoxillik bitkilərdir. Çiçəkyanlığı 6 ədəd sərbəst və ya qaidəsində bitişik, abı rəngli ləçəklərdən ibarətdir. Erkəkcikləri 6 ədəd olub, çiçəkyanlığının qaidəsində birləşirlər. Yumurtalığı üst, 3 yuvalı, meyvələri üçkünc qutucuqdur. Cinsin növləri erkən yazda çiçəkləyən gözəl dekorativ bitkilərdir.