Cins: Leontodon - Külbaba print

Avrasiya, Şimali Amerika və Qafqazda yayılan 50-ə yaxın növü var. Azərbaycanda əksər rayonlarda, arandan orta dağ qurşağına, bəzən alp qurşağadək (3000 m) meşə və kolluqlarda, quraq daşlı-qayalı yerlərdə, dağ çəmənlərində, yol kənarlarında yayılan 4 növünə rast gəlinir. Çoxillik otlardır. Yarpaqları, uzunsov-lansetvari olub, kökətrafı rozet əmələ gətirir. Gövdəsi yarpaqsız, səbət çoxçiçəklidir. Sarğı yarpaqları 1-3 sırada yerləşir, dilcikşəkilli ləçəkləri açıq-sarı yaxud purpur rəngli, toxumcası uzunsov, kəkillidir.