Cins: Mycelis - Miselis print

Avrasiya, Afrika və Qafqazda yayılan 30 növü məlumdur. Azərbaycanda – Qafqaz və Talış regionlarında 2 növü var. Çoxillik bitkilərdir. Gövdəsi tək-tək, çılpaqdır. Yarpaqları nazik lələkvari bölümlüdür. Səbət uzun ayaqcıqlı olub, seyrək süpürgə tipli çiçək qrupuna yığılmışdır. Çiçəkləri dilcikşəkilli, sarı, 3-5 saydadır. Toxumcası uzunsov, buruncuqlu və kəkillidir.