Cins: Oligochaeta - Oliqoxeta print

İran, Orta Asiya və Zaqafqaziyada 3 növü yayılmışdır. Azərbaycanda 2 növünə rast gəlinir. Onlara Naxçıvan regionunda, aran və aşağı dağ qurşağında quraq gilli, çınqıllı yerlərdə, bəzən əkinlərdə təsadüf edilir. Birillik, yarpaqları uzunsov, gövdəsi yayılmış budaqlı bitkilərdir. Səbətləri gövdənin ucunda yerləşib, çiçəkləri boruşəkilli, ikicinsli, tacı qırmızıdır. Toxumcası uzunsov, kəkili sərt tükcüklüdür.