Cins: Petasites - Petazites print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Compositae
- Cins: Petasites
Avrasiya və Şimali Amerikada yayılan 15 növü var. Azərbaycanda Qarabağ və Talışda 1 növünün yayılması göstərilir. Çoxillik, qarışıq tükcüklərlə sıx örtülü bitkidir. Kökümsovu uzun, sürünən, gövdə yarpaqları uzunsov, pulcuqvaridir. Kökətrafı yarpaqları oval, altda ağ keçə tükcüklüdür. Səbət müxtəlifcinsli, ikievli, ağımtıl-sarı rənglidir. Toxumca qabırğacıqlı, ağ rəngli, kəkillidir.
- Növ: Petasites albus
- Növ: Petasites hybridus