Cins: Pulicaria - Pulikariya print

Avrasiya və Afrikanın tropik ölkələrində yayılan 30 növü məlumdur. Azərbaycanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək rütubətli yerlərdə, çay və bataqlıq kənarlarında, bəzən bağ və əkin sahələrində 2 növə təsadüf edilir. Bir və çoxillik otlardır. Yarpaqları uzunsov, yaxud lansetvaridir. Səbət zəngvari olub, qalxan tipli çiçək qrupuna yığılır. Səbətin kənarında yerləşən çiçəkləri dilcikşəkilli, dişicikli, ortadakılar isə boruvari, 5 dişciklidir. Toxumcanın kəkili 2 sırada yerləşir.