Cins: Cirsium - Qanqal print

Avrasiya, Afrika və Şimali Amerikada yayılan 250-300 növü var. Azərbaycanda cinsin 33 növünə rast gəlinir ki, onlardan 2-si hibrid mənşəlidir. Bir çox növləri təbii hibridləşməyə məruz qalır, polimorf cinsdir. Bir, iki və çoxillik ot bitkiləridir. Yarpaqları lələkvari bölümlü, kənarı tikancıqlıdır. Səbətlər orta böyüklükdə olub, gövdə və budaqların ucunda yerləşir. Örtük yarpaqları kirəmidvari yerləşir, çiçəkləri hamısı boruşəkilli, ikicinsli, bəzən bircinslidir (bu halda bitki ikievlidir). Tacı tünd qırmızı, bəzən sarımtıl, erkəkcik sapı tükcüklü, toxumu hamar, kəkili uzun lələkvari tükcüklüdür.