Cins: Bellis - Qızçiçəyi print

Avrasiya və Şimali Afrikada yayılan 10 növü məlumdur. Azərbaycanda 2 növü var. Alçaq boylu (5-15 sm), bir və çoxillik otlardır. Yarpaqları rozet əmələ gətirir, budağın ucunda 1 ədəd səbət yerləşir. Səbəti çoxçiçəklidir, kənar cərgədə yerləşənlər bir sıralı, dilcikşəkilli, dişicikli, ağ, uc hissəsi solğun çəhrayı rəngli, daxili cərgədəkiləri isə boruşəkili, ikicinslidir. Toxumcası oval, adətən kəkilsizdir. Gülçülükdə geniş istifadə olunan dekorativ bitkilərdir.