Cins: Gnaphalium - Quruca print

Dünyada geniş yayılan 300-ə qədər növünün olması qeyd olunur. Azərbaycanda 2 növü var. Hündürlüyü 10-40 sm olan, birillik, ağımtıl keçə tükcüklü bitkilərdir. Səbət tipli çiçək qrupları gövdənin ucunda topa şəklində yerləşir. Sarğı yarpaqları sarımtıl küləş rəngindədir. Səbətin kənarında yerləşən dişicikli çiçəklər çoxsaylıdır, toxumca qəhvəyi rənglidir.