Cins: Tagetes - Sabahgülü və ya məxmərgülü + print

Cinsin 50-ə yaxın növü yabanı halda Amerikada yayılıb. Meksika mənşəli 3 növü və onların 10-dan artıq formaları Azərbaycanda bəzək və yaşıllaşdırmada geniş əkilib becərilir. Bu bitkilər həmçinin çiçəkləmə dövrünün uzun sürməsi, səciyyəvi iyinin olması ilə seçilir. Birillik bitkilərdir. Səbətləri çoxçiçəkli olub, kənarda yerləşən dilcikşəkilli çiçəkləri dişicikli, sarı-narıncı, ortadakılar isə boruşəkillidir. Toxumcası kəkilli, dördtillidir. Qiymətli boya, dərman, efir yağlı bitkilərdir.