Cins: Santolina - Santolina + print

Əsasən, Aralıq dənizi ətrafı ölkələrində yayılmışdır. Abşeronda park və bağların yaşıllaşdırılmasında 2 növ istifadə olunur. Həmişəyaşıl yarımkol bitkilərdir. Yarpaqları xətvari, bir qədər lətləşəndir. Səbətdə kənar çiçəklər dilcikşəkilli, dişicikli, sarı, bəzən inkişaf etməyən, ortadakılar isə boruşəkilli, ikicinsli, toxumca qanadsız, dördtillidir. Cinsin növləri bir-birindən gövdəsinin ağ keçə tükcüklü olması ilə seçilir.