Cins: Chondrilla - Şingilə print

Avrasiya, Şimali Afrika və Qafqazda yayılan 30-a yaxın növü var. Azərbaycanda 1-3 növə rast gəlinir. Çoxillik otlardır. Gövdəsi çox budaqlanan, yarpaqları ensiz, lansetşəkillidir. Səbət oturaqdır, tək-tək yaxud süpürgə tipli çiçək qrupuna yığılır. Çiçəkləri dilcikşəkilli, ləçəkləri sarı, toxumcası buruncuqlu və ağ kəkilliidr.