Cins: Scariola - Skariola print

Avropa, Kiçik və Ön Asiya, Tibet, Himalay və Qafqazda bir neçə növü yayılmışdır. Azərbaycanda – Kiçik Qafqaz, Talış və Naxçıvanın dağlıq ərazilərindən, aşağı və orta dağ qurşağında quraq çınqıllı, daşlı və qayalı yerlərdən 2 növü məlumdur. Yarımkol və ya ikiillik bitkilərdir. Yarımkol formalarında gövdə çoxbudaqlıdır. Yarpaqları uzunsov yaxud xətvaridir. Səbət beşçiçəkli olub, seyrək sünbül tipli çiçək qrupuna yığılan, ləçəkləri dilcikşəkilli, sarıdır. Toxumcası xətvari-lansetşəkilli, buruncuqlu və kəkillidir.