Cins: Stizolophus - Stizolofus print

Kiçik Asiya və Qafqazda yayılan 2 növünə həmçinin Azərbaycanda rast gəlinir. Onlar respublikanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək quraq, çınqıllı yamaclarda, kserofil kolluqlar arasında yayılıb. Birillik bitkidir. Uzunsov yarpaqları növbəli düzülür. Səbət çoxçiçəkli, örtük yarpaqları dərivari, çıxıntısı daraqvari-kirpikcikli, çiçəkləri qıfvari sarı rəngdədir. Toxumcası uzunsov, parlaq, kəkilsiz yaxud qısa kəkillidir.