Cins: Sonchus - Südotu və ya quzukökəldən print

Avrasiya və Qafqazda (Amerikada adventiv halda) yayılan 70-ə yaxın növü vardır. Müasir Azərbaycan florasında 5 növ südotunun yayılması qeyd olunur. Cinsin növləri Azərbaycanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək meşələrdə, rütubətli yerlərdə yayılıb.  Bir və ya çoxillik otlardır. Yarpaqları əsasən oturaq, bəzən qaidə hissəsində gövdəni əhatə edən qulaqcıqlı, kənarı tikanlı-dişciklidir. Səbət çoxçiçəkli, yatağı çılpaq, sarğısı kirəmidvari düzülən, dilcikşəkilli çiçəkləri açıq sarı rəngdədir. Toxumcanın uçağanı (kəkil) tez tökülən, südləyənli bitkilərdir.