Cins: Erigeron - Xırdaləçək print

Dünyanın əksər ölkələrində yayılan 200-ə yaxın növü var. Azərbaycanın bütün rayonlarında, orta dağ qurşağından alp qurşağadək meşə və kolluqlarda, çəmənliklərdə, qaya çatlarında, çay sahillərində 10 növü yayılmışdır. Çoxillik bitkilərdir. Səbət çiçək qrupunda kənarda yerləşən dilcikşəkilli çiçəklər, adətən, mavi və çəhrayı rəngli, örtük yarpaqlardan uzundur. Toxumcanın kəkilini təşkil edən tükcüklər toxumcadan uzundurlar.