Növ: Heteracia szovitsii print

Bu növə Azərbaycanda Naxçıvanda, aşağı dağ qurşağınadək quraq daşlı, qumlu, bəzən şorakətli torpaqlarda rast gəlinir. Hündürlüyü 10-15 sm olan, birillik, yarpaqları uzunsov, çılpaq, göyümtrək bitkidir. Səbət xırda, çiçəkləri dilcikşəkilli, sarıdır. Toxumcası piramidaşəkilli olub, 4-5 tilli, buruncuqlu, kəkillidir.