Növ: Kemulariella rosea print

Kemulariella rosea Azərbaycandan (Qusar rayonunun Sudur kəndi ətrafından – Şahdağdan) təsvir olunub. Hündürlüyü 10-30 sm olan, çoxillik bitkidir. Gövdəsi qaidəsində odunlaşır, yarpaqları uzunsov-xətvaridir. Səbət çiçək qrupu gövdənin ucunda tək-tək yerləşib, kənardakı çiçəklər dilcikşəkilli, ağ yaxud çəhrayı rənglidir. Sarğı yarpaqları 2 sırada yerləşir. Toxumca uzunsov, kələ-kötür tükcüklüdür. Dekorativ bitkidir.