Növ: Cladochaeta candidissima print

Bu növə Azərbaycanda – Samur-Dəvəçi ovalığı, Böyük Qafqaz, Qobustan və Abşeronda, arandan subalp qurşağadək rast gəlinir. Çoxillik, ağ keçə tükcüklü bitkidir. Yarpaqları bir qədər lətləşən, uzunsovdur. Səbətlər gövdənin ucunda qalxanşəkilli çiçək qrupuna yığılmışdır. Sarğı yarpaqları sarımtıl, bütün çiçəklər boruşəkilli, ikicinsli, sarı rəngli, toxumcası 1 sırada yerləşən kəkillidir.