Növ: Grossheimia macrocephala print

Bu növə subalp qurşaqda, dağ çəmənliklərində rast gəlinir. Çoxillik, yarpaqları uzunsov, gövdəsi yoğun, səbətin altında şişkindir. Səbət iri, şarşəkilli olub, gövdənin ucunda yerləşir. Tacı sarı rəngli, toxumca uzunsov, parlaq, kəkili tünd qəhvəyidir. Dekorativ əhəmiyyəti var.