Növ: Comarum palustre print

Bu növə Naxçıvanın dağlıq ərazilərində (Biçənək), yuxarı və subalp dağ qurşaqlarında, sucaq çəmənliklərdə və bataqlıqlarda rast gəlinir. Sürünən kökümsovlu, 20-30 sm hündürlükdədir. Erkəkcik və dişicikləri çox saylı, ləçəkləri və erkəkcikləri tünd qırmızı yarımkol bitkisidir. Aşılayıcı və tibbi əhəmiyyətli bitkidir. Azərbaycanda yayılması dəqiqləşdirilməlidir.