Cins: Galanthus - Xədicəgülü print

Avroasiya və Qafqazda yayılan 17 növündən Azərbaycanda aşağı və orta dağ qurşağındakı meşə və kolluqlarda 4 növü var. Soğanaqlı, çoxillik bitkilərdir.

Erkən yazda çiçəkləyir, soğanağından 2 ədəd xətvari yarpağı çıxır. Gövdəsi yarpaqsız olub, ucunda 1 ədəd ağ rəngli çiçəyi yerləşir. Çiçəkyanlığı sərbəstdir, 6 üzvlüdür. Erkəkciyi 6, meyvəsi qutucuqdur. Dekorativ bitkilərdir. Kökümsovu zəhərlidir. Bir növü (Qafqaz xədicəgülü) Azərbaycanın “Qırmızı kitab”ına daxil edilib.